“Neftçi”nin avrokubok oyununun məkanı dəyişdi

03:20 Basketbol 53
“Neftçi”nin avrokubok oyununun məkanı dəyişdi

“Neftçi” basketbol komandasının FIBA Avropa Kubokunda Latviyanın VEF klubu ilə Bakıda keçirəcəyi oyunun məkanı dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Qarşılaşma oktyabrın 14-də “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq və saat 19:00-da başlayacaq.

Matçın daha əvvəl Bakı İdman Sarayında oynanılması planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti