Elmir dünya çempionatının finalına yüksəldi, İsmayıl zədələndi

04:10 Güləş 71
Elmir dünya çempionatının finalına yüksəldi, İsmayıl zədələndi

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Elmir Əliyev (60 kq) 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçaкa tam üstünlüklə (8:0), 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinova 7:3 hesabıyla qalib gəlib

Yarımfinalda özbəkistanlı Mehroc Bəhramovla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf (4:2) olan Elmir ardıcıl ikinci il U23 dünya çempionatının finalına yüksəlib. Əliyev sabah həlledici qarşılaşmada qazaxıstanlı Aybek Aytbekovla güləşəcək.

Məhəmməd Şükürzadə (67 kq) 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şükürzadə təsəlliverici görüşə çıxacaq. Təmsilçimizin rəqibi qazaxıstanlı Tolegen Amirxanov olacaq.

Fərid Xəlilov (72 kq) özbəkistanlı Şaxzod Kuçkorovu mübarizədən kənarlaşdırdıqdan (4:1) sonra 1/4 finalda qazaxıstanlı Yussuf Aşrapova uduzub – 1:7.

Rəqib adını finala yazdırdığı üçün Fərid 2-ci yarış günündə təsəlliverici görüşə çıxacaq. Xəlilov Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibiylə üz-üzə gələcək..

Elmin Əliyev (82 kq) belaruslu İlya Valevskiylə (9:4) macarıstanlı Sabolç İştvan Sinaya (5:2) gücünü göstərsə də, 1/4 finalda isveçli Aleksander Mikael Yohanssona minimal fərqlə (2:3) məğlub olub.

İsmayıl Rzayev (97 kq) zədələndiyi üçün yarışdan çəkilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku