Ağayevi Niderlanda yolladılar, Məmmədovu da arxasınca

07:40 Bizimkilər 125
Ağayevi Niderlanda yolladılar, Məmmədovu da arxasınca

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.

Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO