"Gəncə Open - 2026" beynəlxalq festivalının açılış mərasimi keçirildi

05:00 Şahmat 80
"Gəncə Open - 2026" beynəlxalq festivalının açılış mərasimi keçirildi

"Gəncə Open - 2026" beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirlib.

Gəncə İdman Sarayında baş tutan tədbirdə Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov, festivalın direktoru Asif Həsənov və digər rəsmilər çıxış edərək turnirin regionda şahmatın inkişafına dəstək olduğunu bildiriblər.

Yarışın baş hakimi Lütfiyar Rüstəmov reqlament barədə məlumat verdikdən sonra ilk tura start verilib.

Yüksək reytinqli və təcrübəli ustaların yer aldığı A qrupunda 46, gənc istedadların qüvvəsini sınadığı B qrupunda isə 134 şahmatçı qeydiyyatdan keçib.

İsveçrə sistemi üzrə təşkil olunan festival oktyabrın 18-dək davam edəcək. Turnirin qalibləri bağlanış mərasimində mükafatlandırılacaqlar.

"Azərbaycan Şahmat Turu"nun təqviminə uyğun təşkil olunan yarışda 6 ölkədən 180 şahmatçı mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku