Belçika “Brügge”sinin hücumçusu Nikolo Tresoldi Avropanın bir neçə tanınmış klubunun diqqətini çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvardın xidmətində “Barselona” və “Arsenal” maraqlıdır.
Gələn mövsüm bu klublardan birinin transfer hədəfinə çevrilə biləcəyi bildirilir.
Tresoldi ötən ilin yayından “Brügge”də çıxış edir. Hücumçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.
“Transfermarkt” portalı almaniyalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
Onun xidmətində maraqlı olan hər iki klub UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləridir.
