"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 2-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında Qətərdən “Şamal”ı qəbul edib.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
Bununla da, “Traktor” cari mövsüm ÇL-in əsas mərhələsində ilk xalını qazanıb.
Komanda ilk turda səfərdə “Şabab Əl-Əhli Dubai”yə 0:1 hesabı ilə uduzub.
