"Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq"

"Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq"

AFFA-nın yaratdığı rəqəmsal platformalar sayəsində milli komandalara futbolçu seçimi subyektiv fikirlərə deyil, analitik məlumatlara əsaslanacaq.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibinin müavini Elçin Məmmədov aşağı yaş qrupları ilə əlaqədar yeni "match.affa.az" saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.

O, "match.affa.az" saytında qurum tərəfindən təşkil olunan uşaq və gənclər liqalarının canlı yayımlanacağını, turnir cədvəllərinin və futbolçuların statistik göstəricilərinin dinamik yenilənəcəyini bildirib:

"Hazırda platformada uşaq-gənclər liqaları və Qadınlar Superliqası əks olunub. Növbəti mərhələdə "Məktəbli Kuboku", futzal liqaları və digər yarışlar da sayta əlavə ediləcək".

E.Məmmədov "AFFA İstedadlar" sosial media kanallarının fəaliyyətinə də toxunub:

"Hər turdan sonra "Eyeball" proqramı vasitəsilə toplanan göstəricilər əsasında rəmzi komanda, turun ən yaxşı futbolçusu, qapıçı seyvi, qol və assistlər paylaşılacaq.

Bu, istedadlı oyunçuların üzə çıxarılmasına, akademiyaların öz futbolçularını və rəqiblərini təhlil etməsinə imkan verəcək. Əsas məqsəd yığma komandalara namizədlərin obyektiv analitik göstəricilər əsasında seçilməsini təmin etməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu