“Vikinq”in hücumçusu Erik Botheim Çempionlar Liqasının dördüncü turunda Stavangerdə “Sabah” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionuna iki qol vuran forvard Norveç mətbuatına danışıb.
O, komandasının qalibyyəti haqda bunları deyib:
"Bu, fantastik matç idi. Çox güclü komandaya 4:1 hesabı ilə qalib gəldik.
Onlara qarşı oynamaq olduqca çətin idi, çünki hücumda çoxlu oyunçu ilə iştirak edirdilər. Bu, onları əks-hücumda çox təhlükəli edirdi.
Amma biz həm də ən yaxşı tərəfimizi göstərdik və şanslarımızdan yararlandıq. İndi bilirik ki, Çempionlar Liqasında qələbə qazana bilərik.
ÇL-də hər matç çox çətin sınaqdır, amma özümüzə inamımız güclü olaraq qalacaq".
