«Araz-Naxçıvan»ın müdafiəçisi İssuf Paronun zədəsinin ciddi olması üzə çıxıb.
Oktyabrın 16-da «Sumqayıt»la keçirilən səfər matçının (1:2) 22-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan burkina fasolu yaxın günlərdə əməliyyat olunacaq.
MRT müayinəsi afrikalı legionerin sağ diz bağlarının qopmasını müəyyənləşdirib.
32 yaşlı əcnəbinin yaxın günlərdə Türkiyəyə yola salınması nəzərdə tutulub.
Əməliyyat uğurlu alınarsa, Paronun yaşıl sahələrə qayıdışını 4-6 ay aralığında gözləmək lazım gələcək. Bu da o deməkdir ki, stopper aprel ayınadək sağlıq durumunun qayğısına qalmaq məcburiyyətindədir.
SPORTİNFO.AZ

