"Qarabağ"la "Sabah" bu mövsüm çempion ola bilməyəcək? - “Sportinfo TV”də CANLI YAYIM

21:00 Sportinfo TV 77
"Qarabağ"la "Sabah" bu mövsüm çempion ola bilməyəcək? - “Sportinfo TV”də CANLI YAYIM

"Neftçi" "Kəpəz"in seriyasına son qoydu, birinci dövrəni lider kimi başa vurdu.

"Ağ qaralar" çempion ola bilərmi?

"Qarabağ" mövsümdə ilk məğlubiyyətini aldı. Qurban Qurbanov nə fikirləşir?

Kurban Berdiyevin "Turan Tovuz"u hər kəsi təəccübləndirməyə davam edir.

"Sabah" da "Qarabağ"ın yolu ilə gedir. "Bayquşlar" niyə özünə bənzəmir?

Rəşad Sadıqovun üzü son saniyələrdə güldü.

"Şəfa"da arıdıcıl 4-cü oyunda üstünlüyü niyə qoruya bilmədi?

Bu gün axşam "Sportinfo TV"də canlı yayımlanacaq “Futbol Manşet”də bütün bu suallar ətrafında müzakirələr aparılacaq.

Xanoğlan İmanovun aparıcısı olduğu verilişin qonağı futbol mütəxəssisi Amit Quluzadə olacaq.

Saat 21:00-da bizi izləməyi unutmayın!

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti