"Neftçi"dən AÇIQLAMA: “Təkliflər almışıq, amma onun ora qayıtması inandırıcı görünmür”

13:20 Neftçi 68
"Neftçi"dən AÇIQLAMA: “Təkliflər almışıq, amma onun ora qayıtması inandırıcı görünmür”

“Yaxşı çıxış edən futbolçuya təkliflərin gəlməsi təbiidir.

Breno Almeyda çox uğurlu mövsüm keçirir və bombardirlər yarışında liderlərdəndir. Lakin indi əsas məsələ transfer deyil, hədəfimiz mövsümü çempionluqla başa vurmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.

Klub rəsmisi braziliyalı hücumçuya rəsmi təkliflərin olması barədə sualı cavablandırıb:

“Breno Almeyda üçün Kiprdən təkliflər almışıq, amma o bura Kiprdən gəlib. Yenidən ora qayıtması inandırıcı görünmür.

Yaxşı oynayan futbolçuya təklif gələcək. O, çox yaxşı mövsüm keçirir və bombardirlik yarışında zirvəyə doğru irəliləyir.

Biz də elə bu qolları vursun deyə onu transfer etmişdik. Bu baxımdan onun və digər oyunçularımız üçün belə xəbərlərin çıxması təbiidir”.

Digər Xəbərlər
Xəbər Lenti