ŞOK! "Qələbə qazana bilməməyimizdə mən və hakimlər günahkardır"

19:40 Müsahibə 66
ŞOK! "Qələbə qazana bilməməyimizdə mən və hakimlər günahkardır"

"Şəfa"nın qapıçısı Tiaqo Silva Premyer Liqanın 11-ci turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə ilə bitən oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- İlk növbədə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Komanda yoldaşlarıma təşəkkür edirəm. 90 dəqiqə döyüşdülər. Buraxdığımız ikinci qolda səhvim vardı, daha yaxşısını edə bilərdim. Bu gün "Şəfa"nın qələbə qazana bilməməsinin iki səbəbkarı var. Birinci mənəm, ikincisi hakimlər. Hakimlərin qərarlarının da bizim əleyhimizə olduğunu düşünürəm. Lazım olan məqamlarda doğru qərarları görmədik. Bəzi epizodlarda hakimlərin daha düzgün qərarlar verə biləcəyini düşünürəm.

- Bu nəticə liqada qalmaq üçün mübarizə aparan əsas rəqibinizə, yoxsa sizə daha çox sərf edirdi?

- Hazırda bununla bağlı konkret fikir bildirmək istəmirəm. İnanmıram ki, nə "Araz", nə də biz liqadan düşəcəyik. Yaxşı futbolçularımız var və günbəgün inkişaf edirik. Təcrübəli oyunçularımız da var. İnanıram ki, zamanla daha yaxşı komanda olacağıq və istədiyimiz nəticələri qazanacağıq.

- Komandanız bir çox oyunda hesabda önə keçsə də, sonradan üstünlüyünü qoruya bilmir. Bunun səbəbi nədir?

- İlk qolda daha yaxşı müdafiə olunmalı idik. İkinci qolda da bütün səhv mənimdir. "Araz" da yaxşı komandadır. Qol buraxandan sonra üzərimizə gəldilər, yaxşı təzyiq yarada bildilər. Bunun üçün keyfiyyətləri var. Düşünürəm ki, öz stadionumuza qayıtdıqdan sonra daha yaxşı çıxış edəcəyik. Öz oyun kimliyimizə sahib çıxaraq daha fərqli olacağıq.

- Qarşıdakı turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyunda vəziyyəti öz xeyrinizə dəyişə biləcəyinizə inanırsan?

- “Qəbələ”nin futbolçularını tanıyıram. Amma hazırda o komanda mənim üçün sürprizdir. Nəsə demək çətindir.

- Milli fasilə sizə necə təsir edə bilər?

- Çox ağır oyunlardan keçdik. Hazırda milli fasilə başlayır. Futbolçuların istirahətə ehtiyacı var. Milliyə dəvət alan Fərid Yusifliyə və Azərbaycan millisinə uğurlar arzulayıram. Fasilədən sonra növbəti oyuna hazırlaşmağa başlayacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti