Aramsız yağış liqanın əhəmiyyətli oyununun keçirilməsinə imkan vermədi

16:20 II Divizion 60
Aramsız yağış liqanın əhəmiyyətli  oyununun keçirilməsinə imkan vermədi

II Liqanın 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti