Argentinalı qapıçıya görə 13 milyon avro təklif edəcəklər?

18:20 İngiltərə 61
Argentinalı qapıçıya görə 13 milyon avro təklif edəcəklər?

Argentinanın “River Pleyt” klubunun qapıçısı Santyaqo Beltran İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” 22 yaşlı futbolçu ilə maraqlanır.

Klub qolkiperi qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır və onun üçün təxminən 13 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Beltran 2025-ci ildən “River Pleyt”də çıxış edir. Argentinalı qapıçının klubla müqaviləsinin müddəti 2027-ci ilin dekabrına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti