Karyerasını Premyer Liqanın top-klubunda davam etdirəcək?

12 Aprel 2025 21:40 İtaliya 994
Karyerasını Premyer Liqanın top-klubunda davam etdirəcək?

“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Yay transfer pəncərəsində komandanın yarımmüdafiə xəttini gücləndirmək niyyətində olan “Mançester Siti” niderlandlı oyunçunu heyətinə qatmaqda maraqlıdır. Onun potensial transfer dəyəri 50-60 milyon avro arasında ola bilər.

26 yaşlı Reynders İtaliya çempionatının cari mövsümündə “Milan”ın heyətində 30 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayında başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti