Baş məşqçisini dəyişəcək, xeyli sayda yerli oyunçu alacaq - Məşhur klubun yay planı

7 Aprel 01:30 İtaliya 382
Baş məşqçisini dəyişəcək, xeyli sayda yerli oyunçu alacaq - Məşhur klubun yay planı

“Milan” yayda Federiko Kyeza və digər oyunçuları transfer edə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu mövsümlərarası fasilədə daha çox italiyalı futbolçu cəlb etməyi planlaşdırır.

Klub Serjio Konseysaonun yerinə yeni məşqçi dəvət edəcək. Bu posta əsas namizədlər arasında Roberto De Zerbi (“Marsel”), Antonio Konte (“Napoli”) və Massimiliano Alleqri var.

“Milan” həmçinin, yeni idman direktoru təyin edəcək. Bu, əvvəllər “Yuventus”da çalışmış Fabio Paratiçi olmalıdır. Onun məqsədi italiyalı futbolçuların özəyini formalaşdırmaqdır.

“Milan”ın hücum xəttinə hədəfləri arasında Federiko Kyeza (“Liverpul”), Lorenzo Luka (“Udineze”) və Rikkardo Orsolini (“Bolonya”) var.

“Milan” yarımmüdafiəsini Brayan Kristante və ya Lorenzo Pelleqrini (hər ikisi “Roma”dan) ilə gücləndirə bilər. Klub yayda “İnter”dən ayrılacağı gözlənilən Davide Frattesi ilə də maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!