“Qarabağ”ın rəqibi futbolçusuna 80 milyon avro qiymət qoydu

25 Noyabr 2020 02:20 İspaniya 660
“Qarabağ”ın rəqibi futbolçusuna 80 milyon avro qiymət qoydu

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan "Vilyarreal” qış fasiləsində bir futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Samuel Çukvueze İngiltərə klublarının maraq dairəsinə düşüb.

21 yaşlı oyunçu, xüsusən də, “Liverpul” və “Everton”un transfer gündəmindədir. “Vilyarreal” rəhbərliyi də Nigeriya millisinin üzvünü satmağın əleyhinə deyil.

Ancaq ispanlar müqavilədə göstərilən 80 milyon avroluq təzminatı ödəyən klubun Çukvuezeyə sahib çıxacağını bildiriblər.

“Vilyarreal” Samuel Çukvuezeni 2017-ci ildə Nigeriyanın “Diamond” klubundan 500 min avroya alıb. O, cari mövsüm keçirdiyi 11 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı