Avtoqraflardan qazanc əldə edənlərə qarşı mübarizəyə başladı - Şərti var

01:40 İspaniya 122
Avtoqraflardan qazanc əldə edənlərə qarşı mübarizəyə başladı - Şərti var

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq avtoqraflardan qazanc əldə edənlərə qarşı mübarizəyə başlayıb.

Niderlandlı futbolçu bundan sonra azarkeşlərə avtoqraf verməkdən imtina etməyəcək.

Ancaq o, imzasını yalnız qarşısındakı şəxsin adını yazmaq şərtilə verəcək.

De Yonqun fikrincə, bu halda avtoqraf sahibinin onu sonradan satması xeyli çətinləşəcək.

Bununla da, Avropada getdikcə populyarlaşan, sırf satış məqsədilə futbolçulardan avtoqraf alma praktikasının qarşısının alınması hədəflənir.

“Avtoqraf istəyirsən? Adını de” – De Yonqun bundan sonra tətbiq edəcəyi prinsip belə olacaq.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2019-cu ildə “Barselona”ya keçdiyi vaxtdan azarkeşlərə ən çox avtoqraf verən oyunçulardan biri olub.

Görünür, onun da səbrinin bir həddi var.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM