“Real”ın baş məşqçisi Joze Mourinyo heyətin gücləndirilməsini istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyindən yeni yaradıcı yarımmüdafiəçi transfer etməyi tələb edib.
“Real”ın prezidenti Florentino Peres Mourinyonun istəyini nəzərə alaraq yarımmüdafiəçi almağa hazırdır. Ancaq klub rəhbəri futbolçunun səviyyəsinə şəxsən əmin olmaq istəyir.
Peres tələsmir və böyük məbləğli transferi gələn yaya qədər təxirə salmağa hazırdır. Mourinyo isə yeni futbolçunun məhz qış transfer pəncərəsində komandaya qoşulmasında israrlıdır.
“Real” La Liqada 7 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan 6 xal geri qalır.
