“Barselona” heyətini gücləndirmək istəyir - “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi ilə

00:20 İspaniya 101
“Barselona” heyətini gücləndirmək istəyir - “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi ilə

“Barselona” heyətini gücləndirmək istəyir.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Kataloniya klubu “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Estevao Villianın çıxışı ilə yaxından maraqlanır.

19 yaşlı braziliyalı futbolçunun İngiltərə klubunda kifayət qədər oyun vaxtı almamasından narazı olduğu bildirilir.

O, bu mövsüm Premyer Liqada 4 dəfə sonradan meydana daxil olub və cəmi 23 dəqiqə oynayıb.

“Barselona” bu vəziyyəti diqqətlə izləyir. Klubun idman direktoru Deku da məsələ ilə bağlı birbaşa məlumata sahibdir.

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən biridir. Komandalar 25 noyabrda, Bakıda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?