İspaniya millisinin müdafiəçisi ilə maraqlanır - “Sabah”ın məşhur rəqibi

22:00 İspaniya 104
İspaniya millisinin müdafiəçisi  ilə maraqlanır - “Sabah”ın məşhur rəqibi

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Barselona” “Atletiko”nun və İspaniya millisinin müdafiəçisi Markos Llorenteyə maraq göstərir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Bayern”, “Çelsi”, “Liverpul” və “Mançester Siti”nin də maraqlandığı bildirilir.

“Atletiko” Llorente ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparmağı planlaşdırır. Tərəflər arasında hazırkı sözləşmənin müddəti gələn ilin yayında başa çatacaq.

İspaniyalı müdafiəçinin transfer dəyəri 20 milyon avro qiymətləndirilir. O, 2019-cu ilin yayından Madrid klubunda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti