“Real” Rüdigeri kiminlə əvəzləyəcəyinə qərar verdi?

01:30 İspaniya 94
“Real” Rüdigeri kiminlə əvəzləyəcəyinə qərar verdi?

“Real”ın Antonio Rüdigerin mümkün gedişindən sonra onun yerinə kimi transfer etmək istədiyi məlum olub.

Sportinfo.az “MadridistaHoy”-a istinadən xəbər verir ki, “kral klubu” yetirməsi Yakobo Ramonun transferini planlaşdırır.

Futbolçu “Komo”ya “Real”dan transfer olunub.

2025-ci ilin yayından “Komo”da çıxış edən 21 yaşlı müdafiəçinin “Real” üçün Rüdigerin əsas əvəzləyicisi olduğu bildirilir. Daha əvvəl Madrid klubunun 33 yaşlı almaniyalı futbolçu ilə müqaviləni yeniləmək istəmədiyi barədə məlumat yayılmışdı.

Ramon bu mövsüm bütün turnirlərdə 6 oyunda meydana çıxıb və 1 qol vurub. İspaniyalı müdafiəçinin “Komo” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM