Messi: “Barselona”da bezmişəm” - Qısa cavab verdi

19 Noyabr 2020 17:20 İspaniya 741
Messi: “Barselona”da bezmişəm” - Qısa cavab verdi

“Barselona”nın futbolçusu Lionel Messi özünə qarşı olan təzyiqlərdən bezib.

Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Peru ilə keçirilən oyundan sonra jurnalistlər Messiyə Qrizmann barədə sual veriblər.

Antuan Qrizmanın dayısı onun “Barsa”dakı adaptasiya dövrü ilə bağlı danışmışdı O bildirmişdi ki, klubda hər şey Messi üçün edilir. Ona görə də Antuan öz oyununu göstərə bilmir.

Messi bu iddiaya qısa cavab verib: “Barselona”nın bütün problemlərinin baiskarı kimi göstərilməkdən bezmişəm”.

Messi yayda “Barsa”nı tərk etməyə yazın idi. İndi isə söz-söhbət gəzir ki, Qrizmann qışda komandadan ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti