“Real”ın baş məşqçisi Joze Mourinyo “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini komandasında görmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Madrid klubu italiyalı futbolçunun çıxışını yaxından izləyir və artıq onun ətrafına marağı barədə məlumat verib. Mourinyo Kalafiorini dünyanın ən yaxşı sol cinah müdafiəçisi hesab edir.
Ancaq “Arsenal” onu satmaq niyyətində deyil. London təmsilçisi 2027-ci ildə müdafiəçisi ilə yeni müqavilə barədə danışıqlar aparmağı planlaşdırır.
Kalafiorinin transferi baş tutmasa, “Real” alternativ variant kimi “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu nəzərdən keçirəcək.
24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Arsenal” Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
