“Barselona” rəhbərliyinə xəbərdarlıq - İki müdafiəçi alaq, yoxsa..

15:40 İspaniya 105
“Barselona” rəhbərliyinə xəbərdarlıq - İki müdafiəçi alaq, yoxsa..

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik lazımi transferlər həyata keçirilməyəcəyi təqdirdə, komandanın Çempionlar Liqasını qazanmasının çətin olacağını düşünür.

Sportinfo.az “Topskills Sports UK”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis artıq klub rəhbərliyinə müraciət edərək qış transfer dövründə ən azı iki müdafiəçinin heyətə cəlb olunmasını istəyib.

Flik hesab edir ki, bu transferlər reallaşmasa, “Barselona”nın cari mövsümdə Çempionlar Liqasının qalibi olmaq uğrunda mübarizə aparması çətinləşəcək.

Kataloniya təmsilçisi hazırda Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 3 oyundan 6 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

“Barselona” bu gün Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Aston Villa”nı qəbul edəcək. Qaşılaşmanın start fiti saat 00:00-da səslənəcək.

Kataloniya təmsilçisi bu turnirin növbəti turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol