Keçmiş komandasına qarşı oynamaq istəyir - Rodri

20:50 İspaniya 27
Keçmiş komandasına qarşı oynamaq istəyir - Rodri

“Barselona”nın yarımmüdafiəçisi Rodri Hernandes zədəsini sağaldaraq keçmiş klubu “Mançester Siti”yə qarşı meydana çıxmaq istəyir.

Sportinfo.az “Sport” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Çempionlar Liqasında “Aston Villa” ilə oyunda (3:0) zədələnib və təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Lakin oyunçu dekabrın 8-də “Mançester Siti” ilə keçiriləcək qarşılaşmaya qədər sağalmağa ümid edir. “Barselona”nın tibbi heyəti də onun həmin oyuna yetişəcəyinə inanır.

Kataloniya komandası həmçinin, noyabrın 8-də “Atletiko” ilə, noyabrın 22-də isə “Vilyarreal”la qarşılaşacaq.

“Barselona” “Sabah”ın da UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:40 Biri belə, biri elə