İspaniya La Liqa 2-də baş tutan “Tenerife” – “Andorra” (2:2) matçında dəhşətli anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Xesus de Migel qarşılaşmanın son dəqiqələrində rəqib qapıçı Xesus Ovono ilə toqquşub.
O, huşunu itirərək yerə yıxılıb və ürəyi dayanıb. Həkimlərin müdaxiləsindən sonra nəbzi bərpa olunub.
Hücumçu huşsuz halda xəstəxanaya çatdırılıb. Xesud De Migel orada vəfat edib.
