Ekvadorlu müdafiəçinin transferini müzakirə etdi - “Barselona”

22:00 İspaniya 86
Ekvadorlu müdafiəçinin transferini müzakirə etdi - “Barselona”

“Barselona” “Arsenal”ın müdafiəçisi Pyero İnkapyeni transfer etmək istəyir.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı futbolçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Klubun idman direktoru Deku artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq, qış transfer pəncərəsində mümkün keçidi müzakirə edib. Ancaq “Arsenal”ın baş məşqçisi Mikel Arteta müdafiəçini yanvarda komandadan buraxmaq istəmir.

Ekvadorlu futbolçu bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb və ümumilikdə 256 dəqiqə oynayıb.

Onun İngiltərə Premyer Liqasındakı oyun vaxtı 46 dəqiqə olub. “Transfermarkt” portalı İnkapyenin dəyərini 50 milyon avro qiymətləndirir.

Xəbərdə adı çəkilən hər iki komanda UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Sabah”ın rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti