“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya çempionatının 12-ci turunda keçiriləcək “Atletiko” – “Barselona” oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hər iki komandanın xal itirməsini arzuladığını bildirib:
“İstərdim ki, hər ikisi uduzsun, amma bu, mümkün deyil. Hər şey sadədir: iki komandadan biri mütləq xal itirəcək.
Bu həftəsonu kiminsə xal itirəcəyini dəqiq bilirik. Açığı, nəyin baş verəcəyi mənim üçün fərq etmir”.
“Atletiko” – “Barselona” matçı noyabrın 8-də, saat 00:00-da start götürəcək. Bundan bir gün əvvəl, noyabrın 7-də “Real” səfərdə “Valensiya” ilə qarşılaşacaq. Bu matçın da start fiti eyni saatda səslənəcək.
