Kriştianu Ronaldonun sahiblərindən biri olduğu “Almeriya” (İspaniya) təqdirəlayiq addım atıb.
Sportinfo.az xəbər verir ki, klub bundan sonra “Tenerife” ilə oynayacağı matçlarda əldə olunacaq gəliri vəfat edən futbolçu Xesus De Migelin qızına bağışlayacaq.
Bu barədə klub rəsmi məlumat yayıb.
Xesus De Migel “Andorra” ilə oyunda rəqib qapıçı Xesus Onovo ilə toqquşaraq həyatını itirib.
