Karyerasını “Real”da davam etdirəcək - “Mançester Yunayted”in 16 yaşlı yarımmüdafiəçisi

15:20 İspaniya 117
Karyerasını “Real”da davam etdirəcək - “Mançester Yunayted”in 16 yaşlı yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Cey-Cey Qabriel karyerasını “Real”da davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı futbolçu transferin rəsmiləşməsini gözləyərək artıq İspaniyanın paytaxtında məşqlərə başlayıb.

Tərəflər razılaşmanın bir neçə detalını dəqiqləşdirməlidir. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.

İngiltərəli futbolçu ilə maraqlanan “Barselona” artıq transfer yarışından çəkilib. “Mançester Yunayted”in ikinci komandasında çıxış edən Qabrielin xidmətində “Bayern”lə PSJ-nin də maraqlı olduğu bildirilirdi.

Qabriel hələ “Mançester Yunayted”in əsas komandasında debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti