“Barselona”nın hücumçusu Rafinya Dias klubun idman direktoru Deku ilə münasibətlərindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı funksionerlə münasibətlərinin təkcə futbol və işlə məhdudlaşmadığını bildirib:
“Deku mənim agentim idi, amma o, həm də dostumdur. O, mənim üçün ata kimidir.
Tanış olduğumuz ilk gündən münasibətlərimiz belə olub. Futbol karyeramın əvvəlində Deku mənim agentim idi.
Biz 7 il birlikdə çalışdıq. Bu gün dostluğumuzun 10 illiyini qeyd edirik. Mən ona həmişə ata kimi baxmışam
. O, mənim üçün çox şey edib. Hətta mən öz potensialımı dərk etməmişdən əvvəl, o, “Barselona” kimi kluba çata biləcəyimə inanırdı”.
Rafinya 2022-ci ilin iyulunda İngiltərənin “Lids” klubundan “Barselona”ya transfer olunub. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
“Barselona” UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah”ın rəqiblərindən biridir. Komandalar arasında qarşılaşma 25 noyabrda, Bakıda keçiriləcək.
