Ardanı “Real”dan icarəyə götürmək istəyir – Son çempion

22 İyul 2024 15:20 İspaniya 4 416
Ardanı “Real”dan icarəyə götürmək istəyir – Son çempion

Türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​”Real”ı tərk edə bilər.

Sportinfo.az “Ok Diario”-ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Bayer” (Leverkuzen) maraqlanır.

Almaniya klubunun rəhbərliyi yarımmüdafiəçinin icarəsi ilə bağlı “Real”la razılaşmaq istəyir. Ancaq nə Gülər, nə də “kral klubu” bu keçiddə maraqlıdır.

Arda ötən mövsüm İspaniya çempionatının 10 oyununda iştirak edib, 6 qol vurub. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır