Bu yay 2 transfer etməyi planlaşdırır - “Barselona”

17 Aprel 01:30 İspaniya 394
Bu yay 2 transfer etməyi planlaşdırır - “Barselona”

“Barselona” yay transfer pəncərəsi ilə bağlı planları barədə qərar verib.

Sportinfo.az “sport”-a istinadən xəbər verir ki, “Barsa”nın idman direktoru Deku yalnız iki sövdələşməni hədəfləyir.

Joao Feliks və Joao Kanselonu icarədən tam almaqla yanaşı, klub rəsmisi komandaya müdafiəyəmeyilli yarımmüdafiəçi və sol cinah oyunçusu dəvət etmək istəyir.

Kataloniyalılar üçün transfer pəncərəsinin rahat keçəcəyi gözlənilir.

Daha əvvəl “Barselona”nın “Mançester Siti”dən yarımmüdafiəçi Bernardo Silvanı 50 milyon avroya ala biləcəyi bildirilirdi. Lakin portuqaliyalı futbolçunun Kataloniya komandasına qoşulmaq ehtimalı azdır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU