“Barselona” mənim üçün dünyanın ən yaxşı komandasıdır”

22:20 İspaniya 74
“Barselona” mənim üçün dünyanın ən yaxşı komandasıdır”

“Barselona”nın yarımmüdafiəçisi Kərim Adeyemi Kataloniya klubundakı çıxışı barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, “Barselona”nın onun üçün dünyanın ən yaxşı komandası olduğunu bildirib:

“Barselona” mənim üçün dünyanın ən yaxşı komandasıdır”.

24 yaşlı futbolçu cari mövsümdə La Liqada 6 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Adeyemi yayda Dortmund “Borussiya”sından “Barselona”ya 22 milyon avro qarşılığında transfer olunub.

Vinger Kataloniya klubu ilə müddəti 2031-ci ilin iyununun sonuna qədər olan müqavilə imzalayıb. “Transfermarkt” onun dəyərini 40 milyon avro qiymətləndirir.

“Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti