“Mən bu komandanın oyunlarını izləməyi sevmirəm” - “Barselona”nın hücumçusu

22:20 İspaniya 90
“Mən bu komandanın oyunlarını izləməyi sevmirəm” - “Barselona”nın hücumçusu

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan “Barselona”nın hücumçusu Lamin Yamal Avropanın hansı klublarının oyunlarını izlədiyini açıqlayıb.

Sportin fo.az “Movistar”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Real”a xüsusi münasibətinin olduğunu bildirib:

“Real”ı izləyirəm. Amma söhbət “Real”dan gedirsə, həmişə onların uduzmasının tərəfdarıyam.

PSJ? Çempionlar Liqasında onları izləyirəm. Çünki rəqiblərini necə əzdiklərini və oyuna necə dominantlıq etdiklərini izləməyi çox sevirəm.

Hərçənd rəqib Çempionlar Liqasında oynayırsa, deməli, həqiqətən də çox yaxşı komandadır. “Bayern”ə gəlincə, onların oyunlarını izləməyi sevmirəm.

Çünki bilirəm ki, Almaniya çempionatında həqiqətən dominantlıq edirlər. Çempionlar Liqasının əsas mərhələsində belə, onları izləmirəm.

Məndə belə təəssürat yaranır ki, onlar həmişə meydanda tam dominant olurlar. PSJ ilə “Bayern”in oyunu isə inanılmaz idi”.

Digər Xəbərlər
Xəbər Lenti