“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” Luiş Fiqunun “Revolut”la əməkdaşlığına görə bankla tərəfdaşlıq təklifini rədd edib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Revolut”un əlverişli maliyyə şərtləri və qlobal fəaliyyətinə görə şirkətlə əməkdaşlığı nəzərdən keçirib. L
akin Luiş Fiqunun “Revolut”un siması olması və reklam videolarında 2000-ci ildə “Barselona”dan “Real”a keçidini xatırlatması klubun təklifdən imtina etməsinə səbəb olub.
“Barselona” müddəti bir il əvvəl başa çatan maliyyə tərəfdaşlığı müqaviləsini yeniləmək üçün “CaixaBank”la danışıqları davam etdirir. Klubun digər təklifləri də nəzərdən keçirdiyi bildirilir.
Fiqu 1995–2000-ci illərdə “Barselona”da oynayıb və daha sonra Kataloniya klubundan birbaşa “Real”a keçib.
Həmin vaxt bu transfer dünya futbolunda rekord məbləğ hesab olunub. Bu keçid “Barselona” azarkeşləri tərəfindən çox böyük narazılıqla qarşılanıb.
”Barselona” 25 noyabrda, UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”la qarşılaşacaq.
