“Barselona”dan ayrılmaq qərarı vermişdim” - Braziliyalı hücumçu

01:40 İspaniya 100
“Barselona”dan ayrılmaq qərarı vermişdim” - Braziliyalı hücumçu

“Barselona”nın hücumçusu Rafinya, almaniyalı baş məşqçi Hans-Diter Flikin komandaya gəlişindən əvvəl Kataloniya klubundan ayrılmağı düşündüyünü açıqlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu “Diario Sport”-a açıqlamasında Amerika kubokundan sonra komandanı dəyişmək qərarını ciddi şəkildə düşündüyünü bildirib:

“Flik vəziyyətə münasibətimi dəyişdi. Amerika kubokundan sonra komandamı dəyişmək barədə ciddi düşünürdüm.

Hətta artıq qərarımı vermişdim. Ancaq o, dünyagörüşümü dəyişdi. Mənim üçün burada qalmaq vacib idi”.

29 yaşlı braziliyalı 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Rafinyanın hazırkı transfer dəyəri 70 milyon avro qiymətləndirilir. Onun komandası UEFA Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM