“Barselona”nın prezidentinin DÇ-2030-un finalı ilə bağlı istəyi nədir?

01:40 İspaniya 78
“Barselona”nın prezidentinin DÇ-2030-un finalı ilə bağlı istəyi nədir?

“Barselona”nın prezidenti Xuan Laporta 2030-cu il dünya çempionatının final matçının Kataloniya klubunun ev stadionu “Kamp Nou”da keçirilməsini istəyir.

Daha əvvəl 2029-cu ildə UEFA Çempionlar Liqasının finalının “Kamp Nou”da keçiriləcəyi açıqlanmışdı.

Sportinfo.az “CatalunyaRadio”-ya istinadən xəbər verir ki, Laporta, dünya çempionatının finalının “Kamp Nou”da baş tutmalı olduğunu bildirib:

“Final Mərakeşdə və ya Madriddə keçirilməməlidir.

O, “Kamp Nou”da olmalıdır. Üstəlik, dünya çempionatının finalı artıq “Santyaqo Bernabeu”da (“Real”ın stadionu) keçirilib. Mərakeşə gəlincə, final İspaniyada olmalıdır. Çünki son dünya çempionatını İspaniya millisi qazanıb”.

2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu