“Bir neçə uşaq səhvi etdim, məni saxlayıb soruşdu ki…”

00:00 İspaniya 104
“Bir neçə uşaq səhvi etdim, məni saxlayıb soruşdu ki…”

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal, keçmiş komanda yoldaşı Serxio Busketslə söhbətindən sonra futbola münasibətinin necə dəyişdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu “Movistar”a açıqlamasında gənclər millisində yaşadığı hadisədən və Busketsin ona verdiyi məsləhətdən danışıb:

“Bir dəfə gənclər millisində etdiyimiz bir neçə uşaq səhvinə görə üç həftəlik cəzalandırılmışdım. Bundan sonra “Barselona”nın əsas komandası ilə məşq edirdim.

Busi (Buskets) məni saxlayıb soruşdu: “Millidə nə etmisən?” O, bunu ciddi şəkildə deyirdi. Mən isə uşaq idim və həqiqətən qorxdum.

Ona baş verənləri danışdım. Mənə belə dedi: “İndi sən “Barselona”dasan. Hamı sənin kim olduğunu bilir.

Hansı səviyyədə futbolçu olmağından asılı olmayaraq, özünü necə aparmağı bacarmalısan”.

Həmin andan etibarən özümü tamamilə futbola həsr etdim.

Çölə çıxmırdım, məşq edirdim, oynayırdım, dincəlirdim, anamı ziyarət edirdim və sonra yenidən eyni qaydada davam edirdim. Yalnız futbol, futbol və futbol”.

Yamalın komandası “Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"