“Bunlar qarşıma qoyduğum məqsədlərdir, onlara nail olmaq hələ çox vaxt aparacaq”

15:20 İspaniya 83
“Bunlar qarşıma qoyduğum məqsədlərdir, onlara nail olmaq hələ çox vaxt aparacaq”

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes futboldan kənar həyatla bağlı gələcək məqsədlərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, ailə qurmaq, yaxınlarının sağlamlığını təmin etmək və öz evini tikdirmək istədiyini bildirib:

“Gələcəkdə ailə qurmaq və yaxınlarımın sağlamlığını təmin etmək istəyirəm. Həmçinin, öz evimi tikdirmək və onu tam təchiz etmək arzusundayam.

Bunlar qarşıma qoyduğum məqsədlərdir. Lakin onlara nail olmaq hələ çox vaxt aparacaq”.

Fermin Lopesin “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

”Barselona” 25 noyabrda, UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti