
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona”nın futbolçusu Frenki de Yonqun transferi üçün bir daha cəhd edəcək.
Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis yayda həmyerlisinin “qırmızı şeytanlar”a keçməsini istəyir.
Futbolçunun özü də Ten Haqla danışığında 2023-cü ilin yayında Mançester təmsilçisinə qoşulmağa hazır olduğunu deyib.
25 yaşlı Frenki de Yonq 2019-cu ilin iyulunda “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 23 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.