“Barselona”nın hücumçusunu ələ saldı: “Uğur qazanmasa, işıqforda qalacaq”

11 Aprel 15:20 İspaniya 464
“Barselona”nın hücumçusunu ələ saldı: “Uğur qazanmasa, işıqforda qalacaq”

PSJ və “Barselona”nın futbolçuları İspaniyanın “Movistar” telekanalına kataloniyalı vinger Lamin Yamala ünvanlanan təhqiramiz ifadəyə görə müsahibə verməmək qərarına gəliblər.

Sportinfo.az xəbər verir ki, uğursuz zarafatın müəllifi kanalın eksperti və Dieqo Simeonenin “Atletiko”dakı keçmiş köməkçisi German Burqos olub.

O, bildirib ki, 16 yaşlı ispaniyalı futbolçu karyerası yaxşı alınmasa, küçə kəndirbazı kimi əlavə pul qazana bilər:

“Futbolda uğur qazanmasa, işıqforda qalacaq”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İspaniya klubu Parisdə PSJ-yə 3:2 hesabı ilə qalib gəlib.

Yamal bu mövsüm “Barsa”da 41 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU