İki tanınmış baş məşqçi əlbəyaxa oldu, polis ayırdı - FOTO

29 Noyabr 2021 15:40 İspaniya 1 386
İki tanınmış baş məşqçi əlbəyaxa oldu, polis ayırdı - FOTO

“Barselona”nın baş məşqçisi Xavi ilə “Vilyarreal”ın çalışdırıcısı Unai Emeri arasında münaqişə yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Vilyarreal” – “Barselona” qarşılaşmasından sonra tərəflər arasında söz atışması olub.

“Vilyarreal”ın çalışdırıcısı hakimdən narazı qalıb.

O, bir neçə epizodda penaltilərinin verilmədiyini iddia edib. Oyundan sonra baş məşqçilər paltardəyişmə otağına gedən tuneldə mübahisə ediblər.

Hətta vəziyyət o həddə çatıb ki, münaqişəyə polis müdaxilə etməli olub. Polisin müdaxiləsindən sonra tərəflər sakitləşiblər və bir-birlərinin əlini də sıxıblar.

Oyun “Barselona”nın qələbəsi ilə yekunlaşıb – 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı