"Onun haqqında pis bir şey demədim, təhqir etmədim"

30 Aprel 2021 10:20 İspaniya 1 021
"Onun haqqında pis bir şey demədim, təhqir etmədim"

"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 33-cü turunda Qranada ilə matçın (1: 2) 66-cı dəqiqəsində texniki zonadan kənarlaşdırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis ona niyə qırmızı vərəqə göstərdiklərini başa düşmədiyini deyib:

"Baş hakimin dediyinə görə ehtiyat hakimlə hörmətsiz davrandım. Onun haqqında pis bir şey demədim, təhqir etmədim.

Mənə qırmızı vərəqə göstərmələri inanılmazdır. Bəlkə də hakim sadəcə axşamın ulduzu olmaq istədi, buna görə ona təşəkkür edirəm.

Bilmirəm, nə yazacaqlar. Ancaq demədiyim bir şeyi göstərsələr, nəsə etməli olacağam".

Kuman ən azı iki oyunluq diskvalifikasiya ediləcək. Belə olacağı halda, o, "Valensiya" və "Atletiko" (Madrid) ilə görüşləri buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı