COP29

Premyer Liqa matçından öncə adam öldürdülər – Stadionun yaxınlığında

9 Aprel 10:00 İngiltərə 430
Premyer Liqa matçından öncə adam öldürdülər – Stadionun yaxınlığında

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan "Tottenhem" - "Nottingem Forest" matçından əvəl faciəli hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki,oyundan əvvəl "Tottenhem"in stadionunun yaxınlığından bir nəfər ölü tapılıb.

Polis və təcili yardım xidmətlərinə bir nəfərin ölümcül hücuma məruz qalması barədə məlumat verilib. Polisi şəxsin bıçaq yaralarından öldüyünü təsdiqləyib.

Ürəyinə masaj edilməsinə baxmayaraq yaralının hadisə yerində öldüyü açıqlanıb. İşin istintaqı davam etdirilir.

Hadisə "Tottenhem"in doğma meydançasının yaxınlığında baş verdiyi üçün qarşılşamanın təxirə salınacağı gözlənilirdi. Ancaq oyun ləğv olunmayıb və təyin edildiyi vaxtda başlayıb.

Klubun yaydığı bəyanatda, hadisə ilə bağlı polis araşdırmasının davam etdiyi və bu yöndə onlara dəstək göstərildiyi bildirilib. Hadisənin baş verdiyi istiqamətdə stadionun qapılarının oyun boyu bağlı qalacağı bildirilib.

Hadisəyə baxmayaraq qarşılşama keçirilib və "Tottenhem" doğma meydanda 3:1 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"