“Sürüşmə fəndi etdim, qız kimi qışqırdı, məhv oldum”

2 İyun 20:40 İngiltərə 308
“Sürüşmə fəndi etdim, qız kimi qışqırdı, məhv oldum”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz 1999-cu ildə Çempionlar Liqasının yarımfinalında “Yuventus”la keçirilən oyunda aldığı qırmızı vərəqə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Skoulz həmin oyunda Deşama qarşı sürüşmə fəndi etdiyi üçün qırımızı vərəqə almışdı.

O, fransıza qarşı kobud oynamadığını deyib: “Yalnız onu deyə bilərəm ki, həmin epizoddan sonra məhv oldum. Deşama qarşı sürüşmə fəndi etdim. O epizoda dəfələrə baxmışam. Düzünü desəm, orda qayda pozuntusu yox idi.

Deşam qız kimi qışqırırdı. Məni meydan qovdular və final oyununu buraxmalı oldum. Finalı buraxacağım üçün çox məyus olmuşdum. Eynən Roy Kin kimi. Amma komandamızda bizi əvəz edəcək futbolçular vardı”.

MY həmin qarşılaşmada “Yuventus”a 3:2 hesabı ilə qalib gəlmişdi. Finalda isə “qırmızı şeytanlar” “Bavariya”nı məğlub etdilər – 2:1.

Xəbər Lenti
1 İyul 17:38 "Barselona"ya qayıdır
1 İyul 16:14 Rəşad "Sabah"dan getdi