Premyer Liqada üsyan – futbolçular koronavirusa görə oynamaq istəmir

9 May 15:18 İngiltərə 159
Premyer Liqada üsyan – futbolçular koronavirusa görə oynamaq istəmir

12 iyunda yenidən başlanılması gözlənilən Premyer Liqada futbolçular mövsümün bərpa olunmasını istəmir.

Sportinfo.az xəbər verir ki, ən azı 50 futbolçu Premyer Liqada mövsümün bərpa olunmasının tərəfdarı deyil.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Futbolçuların bəziləri koronavirus pandemiyasına görə oynamaq istəmir. Premyer Liqada hər klubdan ən azı 2-3 futbolçu, mövsümün bərpa olunması qərarına qarşıdır.

Bu futbolçuların arasında “Mançester Siti”nin hücumçusu Serxio Aqueronun da olduğu bildirilir. Koronavirusa görə 29-cu turdan dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?