Premyer Liqa klubları arasında növbəti fikir ayrılığı

7 Aprel 2020 17:38 İngiltərə 916
Premyer Liqa klubları arasında növbəti fikir ayrılığı

İngiltərə Premyer Liqası klubları koronavirus pandemiyasının maddi təsirini azaltmaq üçün məvaciblərin azaldılmasını müzakirə edir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 20 klubunun baş məşqçiləri və kapitanları arasında video-konfrans keçirilib.

Klublar arasında məvaciblərin 30 faiz azaldılması müzakirə olunub. Baş məşqçilərin əksəriyyətinin bu azalmaya razı olduğu bildirilir. Futbolçuların isə məvacib azalmasına razı olmadıqları, amma müzakirələrin davam etdiyi qeyd olunur.

Artıq “Vest Hem”in baş məşqçisi David Moyes, “Bornmut”u çalışdıran Eddi Hau və onların “Brayton”lu həmkarı Qraham Potterin maaşı azaldılıb. Bundan başqa, “Liverpul”un baş məşqçisi Yurgen Klopp da məvacibinin azaldılmasını təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti