17 yaşlı türkiyəli istedad 5 milyon avroya satıldı - Premyer Liqa klubuna

5 Yanvar 2024 01:40 İngiltərə 1 609
17 yaşlı türkiyəli istedad 5 milyon avroya satıldı - Premyer Liqa klubuna

“Sivasspor” klubunun futbolçusu Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Brentford”a keçib. Bu barədə insayder Ertan Süzgün məlumat yayıb.

Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Sivas təmsilçisinə 5 milyon avro və əlavə bonuslar ödəyəcək.

Yunus Emre Konak “Sivasspor”un yetirməsidir.

O, bu mövsüm əsas komandanın heyətində Superliqada meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2